Dinozavr skeletləri hərracda 1,5 milyon dollara satılacaq

Parisdə dinozavr skeletlərinin hərraca çıxarılaraq 1,5 milyon dollara satılması planlaşdırılır.

Beynelxalq.info “report”-a istinadən bildirir ki, eramızdan əvvəlki dövrün nəhəng canlılarının qalıqları ABŞ-da aparılan arxeoloji qazıntılar zamanı tapılıb.

Birinci sümük kamptozavra aiddir. Arxeoloqlar onun demək olar, bütün sümüklərini tapıblar. Ona 500-700 min avro qiymət qoyulacaq.

Allozavrın isə qalıqlarının cəmi 65 faizi tapılıb. Lakin bu unikal tapıntı çox baha – demək olar, 1 milyon avro qiymətindədir.

“Biz burda eyni vaxtda yaşamış iki dinozavr arasında bərpa işləri aparırıq. Bu, allozavrdır. O, yırtıcıdır. Və kamptozavr – bu heyvan isə otyeyən olub”, – deyə məsləhətçi-paleontoloq Stefano Piççini bildirib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir