Məcnun – ŞEİR

Mən sənə nə deyim, necə oxşayım?
Sənə söylədiyim hər ad, yaraşır.
Leyliyə Məcnunu, Əsliyə Kərəm,
Şirinə sevdiyi Fərhad yaraşır.

Mənim bu sevgimi görsə Füzuli,
Yazdığı Leyli və Məcnunu əzər.
Deyirlər guya ki, Məcnun dəlidir,
Mən olan o yerdə Məcnun nə gəzər.

Sanki mən sevginin qulu olmuşam,
Mənim bu halıma gülmək yaxşıdır.
Dedim qələmimə, yazma sevgidən,
Dedi ki, ondansa ölmək yaxşıdır.

Səndən saf eşqimə, məhəbbətimə,
Qarşılıq görmürəm, sıxılıram mən.
Bəzən külək olub elə coşursan,
Adi bir kəlmənə yıxılıram mən.

Rejissor ayrılıq kinosu çəkir,
Təbrik et, kinoda rol da almışam.
Gördüm ki, xəyalım xəbər göndərib,
Deyir ki, köməy et yolda qalmışam.

Elşad Əsəd

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir