Eşqin son baharı – ŞEİR

Yenə ürəyimin dəliliyi tutub,
Sənsiz döyünməyə can çəkir sanki.
Beynim də qudurub,sözümə baxmır.
Unutmur baxışını,gülüşüni hətda payıza ölüşünü.
Bəlkə…
Bəlkə,
Ölüb gedərəm xəzəllərin içində
Bataram payızın dərinliklərində.
Öpüşlərinlə “Salavat”çəkərsən soyuqdan göyərən yanaqlarıma.
Ölən sonbahar eşqimə.
Eşqin sonbaharına…
Həyatını itirən sənliliyimə.
Vəsiyətimdi sənə
Öldüyüm yerə basdır məni.
Üzü sevdiyimə
Üzü payıza.
Buda şair ruhumun hədiyyəsi olsun payıza ölən vücuduma.
Yada burax get məni.
Əlini üz sevdamdan
Xəyallarımdan
Başbaşa buraq bizi payizla.
Onda doğulduğum kimi ölüm onda.
İşdi getməsən,vəfalansan onda
Gələrsən üzü payıza.
Orda olacam
Elə orda
Yarpaqların arasında.
Əliboş gələrsən, əzizim
Ayaqlarınla əzdiyin yarpaqların xışıltı sədası ən gözəl hədiyyəm olacaq,
Və beləcə ruhuma dolacaq.
Dolacaq əmin ol
Boş yer var qəlbimdə.
Yerin boşdu əmin ol
Yerin boşdu…

Qızbəsti Sultan (21.11 2018)

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir