Qürur – ŞEİR

O görüş yerinin ünvanında mən,
İndi qalaq-qalaq kədər görürəm.
Sənsiz hər ötüşən, keçən zamanı,
İndi öz ömrümə hədər görürəm.

Onunla görüşə gecmi gedərdim?
Sevdiyim o gözəl küsərdi məndən.
Könlünü almaqçün nələr edərdim,
Sonda öz qürurum küsərdi məndən.

Niyə üz çevirib gedirsən axı?
Bilmirsən mən sənsiz nələr çəkirəm.
Rəssam bir rəsmini çəkir, yorulur,
Mən sənsiz hərgünü kədər çəkirəm.

Baxıram o qızın gözlərinə mən,
Kaş ki, suallara cavab alardım.
Sən qədər bir daşı sevsəydim əgər,
Çoxdan bu sevgimə savab alardım.

Bir gün bu dünyadan köçüb gedəcəm,
Bilirəm, məkanım cəhənnəmdədir.
Mən sənsiz elə bir günlər yaşadım,
O günlər yanında cəhənnəm nədir.

Bu şeiri nahaqdan yazmamışam mən,
O gözəl məni tez unutdu getdi.
Mən də bağban idim, bağçam var idi,
O sevgi bağçamı qurutdu getdi.

Bu şeiri dinləyib, qulaq asanlar,
Deyirlər, bu oğlan dəli olubdur.
Bəlkə, bir zamanlar düşərəm yada,
Deyərsiz, belə bir dəli olubdur.

Elşad Əsəd

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir