Heçkimləşmək… – ŞEİR

 

Gözlərini görən andan
Çəkildim sevdaların çarmıxına…
Saçlarının arasına düşən tək-tük dən tək düşdün şair könlümə.
Heç qaralmayacaq dən kimi.
Qocalığın əlaməti deyil bu ,əzizim.
Yaraşığının sinvolu,
Duruşunun əzəməti,
Sükutunun hayqırtısıdı.
Bəlkə tanrı tərəfindən göndərildin mənimçün.
Bəlkə sevda sənin simanda endi qəlbimin qapısındaki
İnamsızlıq kilidini qırmağa…
Nə bilim eeee…
Dəli bir qışqırmaq keçir könlümdən,
Gözlərinin qarasına qışqırmaq
Qorxutmaq onları yad baxışlara tuş olmaqdan.
Qorxutmaq onları mənsizliklə.
Hər şeydən xəbərsiz heç kiməm indi.
Unutmuşam özümü…
Hətda deyim biləsən
Sənləşdikcə heçkimləşirəm, adamım
Heçkimləşirəm….

Qızbəsti Sultan (18.12.2018)

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir