Dünya səndən küsüm, yoxsa bəxtimdən? – ŞEİR

Dağ başına duman gəlsə, çən alsa

Bəxtim kimi nurlu səhər qaralsa,

Bilmirsə bu, həyat, ya məzarsa,

Dünya səndən küsüm, yoxsa bəxtimdən?

*****

Çəkdin, görüşdürdün, yalanla düzü

Hərdən ayrı saldın, ürəklə sözü

Ancaq keşkələrlə yaşatdın bizi

Dünya səndən küsüm, yoxsa bəxtimdən?

*****

Baxıram, göylərdə duman, sis gəlir,

Alov alışmamış qara his gəlir.

Elə hey yazırlar, dövran pis gəlir,

Dünya səndən küsüm, yoxsa bəxtimdən?

*****

Bahar az gileylən, səbr eylə yetər.

Söz sov çox olanda dəyəri itər.

Dünyanın üzürü günahdan bətər

Dünya səndən küsüm, yoxsa bəxtimdən?

Müəllif: Bahar Cavadova

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir