VƏTƏNİM-SEVGİ SANDIĞIM

 

Vətənim-əsrarıngiz gözəlliyi ilə ruh oxşayan, könül əzizləyən, ilk eşqim, doğma canım, varlığım qədər sevdiyim Azərbaycanım. Qədim tarixə nəzər salsaq, hər tərəfli avantajların sahibi olduğunun şahidi olacağıq. Sən ecazkar təbiətinlə nəfəslərə nəfəs qatansan. Sən təbii sərvətlərinlə dərdlərə məlhəm olansan. Sən buz bulaqlarınla illərin susuzluğuna su olan saf sevdamsan.

Zəngin musiqi dünyan Üzeyir Hacibəyovun simasinda işıqlandı. Qüdrətli sənətkarların Nizami Gəncəvi Xəmsəsindən gələcəyə boylanıb alqış aldı. Hər zərrən düşmənə göz dağı oldu. Alınmaz qalalarından tutmuş uca dağlarına, qalın meşələrinə kimi…
Hələ tarixi abidələrini demirəm, bir Qobustanın var ki , qayaüstü rəsimləri minillərin miniatür sənətini öz parlaqlığı ilə parladacaq. Elə bu qədər mükəmməlliyin göz muncuğuna da ehtiyacı olar. Tanrı Mavigözlü Göy Gölü sənə göz muncuğu olaraq yaratdı, Canməkanım.
Sən sözlərimin ifadə edə bilməyəcəyi könül payım sevgi sandığımsan. Hər zaman var ol, varım ol ki, var olum!!!

Qızbəsti Sultan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir