“Qərb Şərqdən üstün olmayıb” – BLOG

Əsrlər əvvəl meydana gələn və bu günə qədər də davam edən Şərq və Qərb müzakirəsini hər kəs
bilir və bu gün də müzakirəsi, hətta mübahisəsi davam edir. İstər individual şəxslər, istər
fanatiklər, istərsə də elm adamları daim şərqin qərbdən, yaxud qərbin şərqdən üstün olması
iddialarını özünəməxsus arqumentlərlə izah etməyə çalışıblar. Qərbin inkişafı bu gün göz önündədir, buna şübhə yoxdur. Lakin şərqin bu gün kifayət qədər qərbdən geri qalması faktı şərq coğrafiyasının elə əsrlər əvvəl də bataqlıqda olması anlamına gələ bilməz. Şərqdə kifayət qədər
nüfuzlu şəxsiyyətlər ( şairlər, alimlər, səyyahlar, astronomlar, həkimlər və.s) olduğunu bu gün nə
qədər insan bilir, bu çox maraqlı və əhəmiyyətli mövzudur. Şərq insanının probleminin kökü
ondan ibarətdir ki, bu gün onlar demək olar ki, heç bir iş görmədən yalnız öz keçmişləri ilə fəxr
etdikləri halda, qərb insanı onların keçmişlərindən belə istifadə edərək bu gün durmadan inkişaf
edirlər. Əslində bu gün qərbdə inkişaf edən bir sıra şeylərin əsrlər əvvəl şərq coğrafiyasında
mövcud olması bəlli bir məsələdir.

Buna misal olaraq 18-ci əsrdə yaşamış müasir kimya elminin banisi sayılan fransız alim Antuan
Lavuazyenin ixtirasını göstərə bilərik. Lavuazye labaratoji sınaqların birində qapalı bir qabda
qaynayan və buxarlaşan suyun çəkisinin dəyişmədiyini görmüş və maddə hansı şəkildə olursa
olsun, əsla yoxa çıxmır prinsipini irəli sürmüşdür. Halbuki Lavuazyedən beş əsr əvvəl yaşayan
Mövlana Cəlaləddin Rumi “Məsnəvi” əsərində bu məsələyə aydınlıq gətirmişdi:
“Çoxluq və ziyadəlik əslində görünüşdədir, tərkibdə deyil. Tərkibdə nə çoxalma var, nə də
əksilmə. Allah dünyanı yaratmaqla çoxalmadı, artmadı. Onsuz da əvvəl olmayan, indi olacaq
anlamına gəlmir”.

Bu cür oxşarlıqlara ədəbi nümunələrdə də rast gəlmək olar.
Necə ki, Daniel Defonun “Robinzon Kruzo” əsəri əslində Əndəlüslü filosof İbn Tüfeylin “Hayy
ibn Yekzan” əsərindən götürülmüşdür.
“Robinzon Kruzo” əsərində adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı
mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir.
“Hayy ibn Yekzan” əsərində isə bütün ömrünü kimsəsiz bir adada keçirən Hayın yüksək iradəsi
və əzmi nəticəsində kamil insan mərtəbəsinə çatmağından bəhs edilir.
Şillerin “Vilyam Tell” əsəri Fəridəddin Əttarın “Məntiqut-Teyr” əsərindən götürülmüşdür.
“Vilyam Tell” əsərində Vilyamın şahın zülmünə qarşı çıxaraq insanları azadlığa çağırmasından,
“Məntiqut-Teyr” əsərində isə özünə padşah seçmək istəyən quşların nəticədə özlərinin elə
padşah ola biləcəyini anlayıb öz azadlıqlarına qovuşmasından bəhs edir.

Jan de Lafonetin nağıllarının mövzusu Hindli filosof Bəydəbanın “Kəlilə və Dimnə” əsərindən
və Mövlananın hekayələrindən götürülməsi bu gün dünya çapında təbliğ olunmasa da sübuta
yetirilmişdir.
Belə ki, Lafonetin nağıllarının mövzusu insanların əsrlər boyu gündəlik həyatında əxlaqdan necə
istifadə etməsindən bəhs edilir və bu mövzular əsasən insanların və heyvanların obrazı vasitəsilə
oxuyucua çatdırırlır. “Kəlilə və Dimnə” və Mövlananın əsərləri eyni ilə bu mövzularda və bu
obrazlarda yazılmışdır.
O cümlədən Dantenin “İlahi komediya” əsərinin mövzusu Dantedən iki yüz il əvvəl yaşamış Əbul
əla əl Mərarinin “Merac möcüzəsi” əsərindən təsirlənərək yazdığı və əsərdəki obrazları fərqli
üslübla işləyib meydana gətirməsi bir çox mənbələrdə öz əksini tapmışdır. Bəhs etdiyim bütün
əsərlərin orjinalı mövcuddur. Şərq alimlərinin əsərləri ilə Qərb alimlərinin bəhrələndiyi bu əsərlər
arasıda bir neçə əsr fərq olduğu halda, bu gün şərq insanı bu faktlar uğrunda mübarizə aparıb öz
haqqını tələb etmir. Təbii ki, ən böyük günahkarlar isə yetişməkdə olan gənc nəsillərin şüuruna
“hər şey qərbdən gəlir” ideyasını yerləşdirənlərdir.
Fikrimə belə bir hekayə ilə davam etmək istəyirəm:
Şillerin “Balladalar” əsərində Meroz adlı bir gənc kralı qətlə yetirmək üçün saraya gəlir. Lakin
hadisədən xəbərdar olan gözətçilər onu zərərsizləşdirib edam etmək qərarına gəlirlər. Ölümdən
qorxmadığını söyləyən gənc, önəmli bir işini həll etmək üçün üç gün möhlət istəyir və öz yerinə
ən yaxın dostunu zamin qoymağı təklif edir. Padşah isə söz verdiyi müddətdə geri qayıtmasa
dostunu edam edəcəklərini bildirir. Təyin olunan vaxt çatanda Meroz gəlib çıxmır. Dostunu edam
kürsüsünə gətirəndə Meroz qan-tər içində özünü hadisə yerinə çatdırır və dostunu ölümdən xilas
edir. Bu hadisə qarşısında mütəəssir olan padşah Merozu azad edir.
Bu əsərdən əsrlər əvvəl, İslam xəlifəsi Ömər bin Xəttabın zamanında üç nəfər gənc xəlifəyə
yaxınlaşıb ikisinin qardaş olduqlarını, birinin isə atalarının qatili olduğu üçün cəzalandırılmasını
istəyirlər. Hadisəni dinləyən xəlifə müttəhimə edam qərarı verir. Müttəhim isə vacib bir işinin
olduğu üçün üç gün möhlət istəyir və Əbuzər adlı səhabə onun yerinə zamin olur. Üç günün
tamamında gənc gəlmədiyi üçün Əbuzər edama məhkum olunur. Edam vaxtında isə gənc özünü
yetirib Əbuzəri xilas edir. Bu hadisə qarşısında təsirlənən gənclər müttəhimi bağışlayır və onun
azad olamsını istəyirlər. Göründüyü kimi hadisələr eyni ilə bir-birinin bəznəridir. Biri 19-cu əsrdə
yazılmış, biri isə 7-ci əsrdə baş vermişdir.
Bu cür oxşarlıqları digər elm sahələrində də görmək olar.
Misal üçün məşhur coğrafiyaşünas Əl-Biruninin , Kolumbdan beş yüz il əvvəl əsərlərində
Amerikadan və Yaponiyadan bəhs etməsini nümanə çəkmək olar. Ridley Skottun Kolumbdan
bəhs edən və 1982-ci ildə yayımlanan “Cənnətin kəşfi” filmində də bu mövzuya yer verilmişdir.
Orta əsrlər dövründə Kopernik və Qaliley səma cismlərinin hərəkətinə dair fərziyyələr irəli
sürəndə başlarına gəlməyən müsibət qalmamışdı. Onları saxtakarlıqda ittiham edib
cəzalandırmışdılar. Amma bu gün dünyada bu fərziyələrin qərbli elm adamlarının irəli
sürdüklərini fəxrlə dilə gətirib, dünya antalogiyalarında çap edirlər. Halbuki qeyd etdiyim
dövrdən kifayət qədər əvvəl Mövlana “Məsnəvi” əsərində:

“Bu dünya səmada, yumurtanın ağının içində üzən sarısı kimidir” – fikri ilə dünya haqqında
mülahizələrini ortaya qoymuşdur.
16-17-ci əsrlərdə yaşamış Fransız filosof Rena Dekartın “Düşünürəmsə, deməli varam” fəlsəfi
fikrinə nəzər salanda görür ki, bu fikir əsrlər əvvəl yenə Cəlaləddin Rumi tərəfindən
söylənilmişdir:
“Sən hazırda nə düşünürsənsə, ondan ibarətsən. Geri qalanı cismdir”.
Diqqətlə nəzər salanda Mövlana yaradıcılığnda cazibə qüvvəsi ilə bağlı məlumatlara da rast gələ
bilərik. Belə ki, Rumi öz əsərlərində “Maqnitdən olan bir kürənin içinə bir dəmir parçası qoysan,
çəkilmək əvəzinə yerində qalar” – fikri ilə buna nümunə vermişdir.
Albert Enşteyn 20-ci əsrdə atomun parçalanacağını, zamanın nisbi olduğunu söyləmiş və sübuta
yetirmişdir. Lakin Mövlana yeddi yüz il əvvəl demişdi: “Hər şey bölünə bilər. Yerdə və göydə nə
varsa, hər bir zərrə öz cinsində maqnit kimidir. Lakin ağıl aciz olduğu üçün bunu dərk edə bilmir”.
Mövlana şeirlərinin birində belə deyir:
“Allah havanı dondurub suya çevirə bilər, suyu qaynadıb havaya çevirə bilər. Dünya fanidir
dünyaya xor baxma”.
Amma havanın suya, suyun da havaya çevrilə biləcəyi, yəni buxarın su, suyun da buxar ola
biləcəyi fikrini 1823-cü ildə İngilis alimi Faradey ortaya atmışdır.
Halbuki şərq insanı bu tarixə nəzər salıb bəhrələnmək əvəzinə, keçmişimiz var deyib qürurlanır.
Qərbli isə bundan istifadə edib dünya elminə öz töhvəsini verməklə məşğul olur.
Bu cür faktlara araşdırsaq, daha çox rast gələ bilərik. Sadəcə uzunçuluq olmasın deyə bir neçəsi
ilə kifayətlənməyi lazım bilirəm. Əslində Şərqin heç də Qərbdən geri qalmadığına şahid oluruq.
Daha dəqiq desək, Şərqin sadəcə bir bataqlıq olduğunu söyləyənlər və təbliğ edənlər bu faktlara
nəzər salsınlar və təbliğ olunan bu cür məlumatlara birmənalı qərar verməsinlər, araşdırma
aparsınlar. Əslində bu gün Şərqin geridə qalmasının və Qərbin Şərq elmindən istifadə etməsinin
və böyük fərqlə üstün olmsının elə ən böyük günahkarı Şərq insanının özüdür.
Fikirlərimə Götenin bu sözləri ilə son vemək istəyirəm:
“İslam tarixində, ələlxüsus da Səlcuqilərin, Abbasilərin və İranlıların yaşadığı dövrlərdə böyük
şairlər yaşamışdır. Lakin İslam dünyası sadəcə Mövlananı, Hafizi, Firdovsini, Nizamini qəbul
edib yaşatmışdır. Əslində onların arasında elələri var ki, mən onlarn əlinə su tökməyə belə layiq
deyiləm”.

  Müəllif: Mərahim Nəsib

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir