Rusiyanın etimad göstərmədiyi fiqur: yaxud başsız nazirin Moskva ugursuzlugu

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya budəfki səfəri də bir sıra maraqlı nüansları ilə diqqəti cəlb etdi. Həm yerli, eləcə də xarici siyasi analitiklərin qənaətlərindən bəlli oldu ki, Paşinyan Rusiya siyasi hakimiyyəti tərəfindən ciddi fiqur kimi qəbul olunmur və etimad göstərilmir. Prezident Vladimir Putin iş qrafikinin zəngin oldugunu bəhanə gətirərək mədəni sutətdə görüşdən imtina etdi. Rusiyanın baş naziri Dmitri Medvedev isə yalnız Nikolun israrlı xahişdən sonra protokol qaydasında onunla “işçi” görüş keçirdi. Bu incə məqamlar rəsmi Moskvanın Ermənistana yönəlik taktiki gedişlərini müəyyənləşdirməyə imkan verdi. 

Xatırladım ki, ötən ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiyanın Ermənistanla baglı siyasətində korrektələrin ediləcəyi anonsu verilmişdi. Putin bu ölkə ilə siyasi və iqtisadi əlaqələrin dinamikasının Paşinyanın atdıgı addımlara adekvat olacagını açıq aşkar bəyan etmişdi. Rusiyanın Ermənistanda əsas investor olduğu, bu ölkəyə kubu cəmi 150 dollara ucuz qaz verildyi, habelə atom və istilik enerjisi sahəsində dəstək göstərildiyi xatırladılmışdı. Putin bu açıqlamasıyla Ermənistan iqtisadiyyatının 75%-ni Rusiya kapitalının təşkil etdiyinə işarə etməklə bu ölkənin iqtisadi asılılıgına eyham vurmuşdu. Cari ilin yanvarında qazın kubunun 200 dollara qaldırılması ilə baglı Rusiya tərəfindən açıqlama veilməsi və Ermənistanda buna adekvat etirazların başlaması təsdiq etdi ki, Paşinyan hökumətinə təzyiqlər başlanıb. Ermənistan rəhbərliyinin sözdə strateji dost saydıgı əməldə isə antirus siyasət yürütməsi sonda erməniləri iqtisadi məngənəyə salır. Nikolun Rusiyaya iqtisadi münasibətləri qaydaya salmaq məqsədi güdən son səfərinin ugursuz alınması da ötən ilin sentyabrında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə cavabı kimi də dəyərləndirilə bilər.

Nikol Paşinyanın 2018-ci il mayında çevriliş yolu ilə hakimiyyətə gəlməsindən sonra ölkədə rusofob meyillərin güclənməsi və hakimiyyət postlarına da antirus mövqeli insanların gətirilməsi də məslədə az rol oynamayıb. Məsələn, Ermənistanın müdafiə naziri vəzifəsinə NATO  və ABŞ kəşfiyyatına işləmiş David Tonoyan təyin edilib. Bu şəxs 1998-ci ildən NATO əməliyyatlarının birgə komandanlığında müxtəlif vəzifələrdə çalışıb. 2004-dən 2007-ci ilədək Ermənistan silahlı qüvvələrinin qurumdakı nümayəndəsi olub. Xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən rus saytlarında qeyd olunub ki, NATO-da işlədiyi vaxt David Tonoyan 2005-ci ildə ABŞ  xüsusi xidmət orqanlarına işləməyə başlayır və məhz bundan sonra onun karyerasında yüksək sıçrayış baş verir. 

Ermənistanın diaspor nazirinin müavini Babken Ter-Qriqoryan Parisdə böyüyüb, gəncliyi ABŞ-da keçib və orada da təhsil alıb. Ermənistanda Ter-Qriqoryan Soros fondunun həyata keçirdiyi proqramların koordinatoru olub, “Transparency International”da və planetin müxtəlif “qaynar nöqtələrində” ərazilərin minadan təmizlənməsi ilə məşğul olan “HALO Trust” təşkilatında işləyib. Rusiya xüsusi xidmət orqanları “HALO Trust” təşkilatını casusluqda ittiham edib. Ter-Qriqoryan Paşinyanla birgə keçirilən aksiyalarda  Putinin ünvanına çox təhqiramiz söyüş yazılan plakatı tutduğu şəkli ilə də çox məşhurdur.

Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan da “Transparency International”da seçki proqramlarının koordinatoru vəzifəsində çalışıb. Məlumat üçün deyək ki, “Transparency International” Ermənistan və digər ölkələrdə Rusiya əleyhinə işləyən Soros fondu tərəfindən maliyyələşdirilir. 

Dövlət nəzarət xidmətinin rəisi David Sanasaryan erməni əsilli amerikalı Raffi Ovannisyanın rəhbərlik etdiyi qərbyönümlü “İrs” partiyasının üzvü olub. Ermənistanda Sanasaryan qatı rusofob reputasiyaya malikdir. Rusiyanın İrəvandakı səfirliyi önündə keçirilən anti-rus aksiyalarında mütəmadi iştirak edib, rus hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edir. Sanasaryan Rusiyaya nifrət etdiyini heç də gizlətmir.

Əmək və sosial məsələlər naziri, “Yelk” blokunun üzvü Mane Tandilyan Ermənistanın Amerika universitetində menecment ixtisası üzrə təhsil alıb. 2009-cu ildən ABŞ şirkəti “Sinopsis Ermənistan”ın maliyyə direktorudur.  Elm və təhsil naziri Araik Arutyunyan qrant təşkilatı olan “Helsinki assossiasiyası”nda çalışıb. 2014-cü ildən isə “Transparency International”da işləyib. Rusiyada bu təşkilat “xarici agent” kimi tanınır. Onlar da Ermənistanın Rusiya ilə münasibətlərinin yaxşı heç nə vəd etmədiyini qurtuluş yolu kimi Qərblə əməkdaşlıgın qurulmasında maraqlıdırlar.

Ermənistan baş nazirinin də ABŞ və Qərbi Avropa ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olması Rusiya dairələrində Ermənistana qarşı inamsızlığı daha da artırır. Xarici siyasət kursunda qeyri-müəyyənlik, məsələlərə qeyri-adekvat münasibəti ilə seşilən Paşinyan xaricdə də ciddi siyasi fiqur kimi qəbul olunmur. Misal olaraq, BMT-nin 73-cü sessiyasında iştirak üçün dəvət edilən Nikol həmin dəvətdən imtina etdi. Səbəb kimi isə İrəvanda keçirilən mer seçkilərini göstərmişdi. Halbuki Paşinyanın Nyu-Yorka səfərdəm imtina etməsinin başlıca səbəbi onun Donald Trampla görüş istəyinə razılığın verilməməsi idi.

Onun ölkə daxilində bir cür xaricdə isə fərqli siyasi mövqe sərgiləməsi bu insanın təfəkkür probleminin oldugunu göstərir. Nikol Paşinyanın hədəfləri qeyri-müəyyən olan gedişləri ilə baglı siyasi ekspertlərin yanaşmaları da maraqlıdır. Rusiya analitiki, Avrasiya hərəkatının rəhbəri Aleksandr Duqin virtualaz.org-a açıqlamasında deyib ki, Rusiya prezidenti Vladimir Putin aydın və əvvəlcədən proqnozlaşdırıla bilən hərəkət edir. Tərəddüd edən Nikol Paşinyan onun çox xoşuna gəlmir, amma hələ ki bu, necə deyərlər, işçi məsələdir”, – deyə Aleksandr Duqin vurğulayıb.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan tərəfdarlarına məktubda Nikol Paşinyan hökumətini siyasi savadsızlıqda və kobud səhvlər buraxmaqda itiham edib: “Yaxın vaxtlarda biz məyusluq dalğasının şahidi olacağıq. Daxili və xarici siyasətdə, iqtisadiyyatda fiksə olunacaq səhvlərin bədəli çox ağır olacaq. Təəssüf ki, hər birimiz bu səhvlərə görə cavab verəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən səhv ağır nəticələrə səbəb ola bilər. Mən iki aydır azadlığımdan qanunsuz məhrum olsam da, Ermənistan, Qarabağ və regiondakı hadisələri yaxından izləyirəm. Aydındır ki, təəssüf ki, Baş nazir Paşinyanın rəhbərlik etdiyi hakimiyyət orqanları siyasi və dövlət rəhbərliyi baxımından çox zəifdirlər”. 

Ermənistanın keçmiş hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün facebook səhifəsində yazıb ki, Nikol Paşinyan ölkəni təmsil etməyi öyrənməmiş daxili istehlak üçün baş nazirdir. Onun baş nazirliyi dönəmində erməni-Rusiya münasibətlərində “qırışlar” əmələ gəlib. Ermənistanda  Rusiya biznesinə təzyiq davam edir və buna görə də Rusiya Federasiyasının böyük biznesini Ermənistanda investisiyalar qoymağa inandırmaq çətin olacaq.

Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan bildirib ki, indi yeni erməni hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin qurulması prosesi gedir. Amma bu qurulma uğurlu alınmır, hər şeydən görünür ki, Moskvada indiyə qədər İrəvanın xarici siyasətinə kifayət qədər ehtiyatla yanaşırlar.

Nikol Paşinyan hazırda Rusiyanın qəbul etmədiyi, qeyri-müəyyən addımları ilə Ermənistan cəmiyyətində başsız baş nazir kimi tanınır. (Ermənilər Nikol Paşinyanın Vanadzor-Gümrü yolunun üstündə qoyulan heykəlinin başını qoparıblar). Özlüyündə Qərbyönümlü siyasət kursu yürüdən reallıgda isə Ermənistanın təcridinə yönələn bu siyasi kurs Ermənistanın siyasi və iqtisadi çöküşünü sürətləndirir. Rusiyanın Ermənistandan fərqli olaraq Azərbaycana həqiqi strateji müttəfiq kimi yanaşması və bunun yüksək səviyyələrdə etirafı diplomatik ugurlarımızın  daha bir göstəricisidir.  

elnurhacali.blogspot.com

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir