Gülüşündəki boşluq – ŞEİR

Gülüşündəki boşluqda yatır
Ürəyinin tənhalığı,
Sevginin yalnızlığı.
Uzanan əllərinə
Balta kimi vurulur,
“Zamana buraxaq” kimi
Boş boş deyilən sözlər.
Hər kəsə Sevginin saflığından
Bəhs edir,
Səndən danışan gözlər.
Verilməyən dəyərlərdən bezirsən.
Bəzən intiharın
Sənə də salam verdiyini sezirsən.
Xəyyallara gedibdə
Onun gözlərinin başqası üçün çəkdiyi yollarda gəzirsən.
Və bundan da bezirsən…
O anda Qismətim deyil deyib
Öz bəxtinə, talehinə cumursan.
Yazıx taleh, yazıq qismət
Onlar da peşiman olur,
Cumur öz qismətinə
Sənə yazıldı deyə.
Bilmirsən nə edirsən.
Bircə an dayanıb da özünə də demirsən
“Bilmirsən, nə edirsən?” “Bunu niyə edirsən?”
Qışqırırsan, coşursan
Özündən başqa kimsə
Görmür bu qışqırığı,
Görmür bu bağırtını.
Divarın zərbəsindən çat atır əllərində.
Sonra əsəbin soyuyur.
Donub qalırsan,Madves,
Eləcə yerindəcə.
Amma ki gözlərindən
Fışqıran tənha boşluq
Səndən soyumur ki,
Soyumur….


Müəllif: Qızbəsti Sultan

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir