Google Docs APİ təqdim olundu – VİDEO

Beləliklə artıq şirkətlərdə sənədlər üzrə işlərin müəyyən hissəsini avtomatlaşdırmaq mümkün olacaq. Proqramçılar istifadəçilər üçün nümunə üzrə sənədlərin yaradılmasını, verilənlərin kənardan importunu və iş proseslərinin idarəsi kimi işləri avtomatlaşdıra biləcəklər.

Beynelxalq.info technote.az-a istinadən bildirir ki, bir sıra şirkətlər artıq yeni APİ imkanlarını sınaqdan keçiriblər: məsələn Netflix proqramçıların sənədləşməsinin avtomatlaşdırılması üçün ondan yararlanıb, tətbiqlərin avtomatlaşdırılması üzrə xidmət göstərən Zapier platforması isə korporativ məktubların yazılması üçün Google Docs ilə inteqrasiya reallaşdırıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir