XOCALI – Şeir

Xocalı
Qocaman bir millətin
Duz səpilmiş yarası.
Çırağı söndürülmüş,
Ocağı dağıdılmış
Gəlinlikli qızların başlarının qarası.
Xocalı
Gözü yaşlı ananın hayqırtısı ,naləsi.
Ağlar qalmış körpənin
Gözlərinin önündə sakit, səssiz uyuyan
O günahsız ailəsi.
Xocalı
Fevralın soyuğunda titrəyən xalq ürəyi.
Avtomat süngüsüylə qara qana boyanmış
İgid əsgər kürəyi.
Xocalı
Azərbaycan elinin
Qara bəxtli gözəli
O gecə əhalinin
Soyuqdan itirdiyi
İki gözləri, əli.
Xocalı
Tanklar altına yatan igidlərin hünəri.
Canın vətənçün verən qəhrəman qadınların həyat yoldaşı, əri.
Xocalı
Üçrəngli bayrağımın şöləsinə qızınan
Vətənimin laləsi.
Azadlıq arzulayan böyük xalq kütləsinin imdat diləyən səsi.
Xocalı
Ürəyi qisas dolu. Qəlbiyara millətin acısı və göz yaşı.
Azərbaycan adlanan zərif qızıl üzüyün
Tezliklə paylayacaq qiymətli daşı,qaşı
Xocalı


Qızbəsti Sultan

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir