“Az” domen adlarının qeydiyyatı ilə bağlı qaydalar təsdiqləndi

Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nı və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nı təsdiqləyib.

Beynelxalq.İnfo xəbər verir ki, Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edilən qərara əsasən, “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı” təsdiq olunub.

Dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir) uyğun edilə bilər.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir