GƏL – Şeir

Gəl..
Gəl toparla arzuları
Yığ bir yerə
Dağıdıb onları həsrət adlı külək
Aparıb sola, sağa
Sovurub dörd bir yana.
Həsrət küləyi sovurmaqdan yorulsa da,
Sovrulmaqdan yorulmur arzularım.
Arzulara qatılıbdı nifrətim.
Gəl…
Gəl əlində bir ələklə gəl
Ələ arzularımı
Nifrəti keçirt ondan
Arzulara qarışan nifrət
Səhra içində bir qum dənəsi
O balaca nifrətlər keçər eləkdən
Ələkdən keçməyən böyük arzular qalar.
O,Səninlə qurduğum arzulardı.
Burax ələyi.
Götür o arzuları.
Arzularla gəl.
Gəl…
Gəl toparla məni!


Kəramət İNAM (1.03.2019)

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir