Babəkdəki qəza ilə bağlı “Azərsu”dan – Cavab

Babək prospektində magistral su xəttində qəza olub.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, qurum əməkdaşları hadisə yerinə cəlb edilib:

“Sözügedən ərazidən bir neçə magistral xətt keçir. Həmin xətlərdən birində qəza baş verib. Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.

Qeyd edək ki, Bakının Babək prospektində su borusu partlayıb. Su xəttinin partlaması nəticəsində yolun hərəkət hissəsini su basıb. Borunun partlaması həmin yolda nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir