İnsanlar uzaqlaşır… – ŞEİR


İnsanlar uzaqlaşır…
Nə bir kənddən,
Nə şəhərdən,
Nə də ki, bir-birindən.
İnsan ən çox özündən uzaqlaşır.
Özündən getdikcə
Başqalaşır insan.
Hər gün calaq olur,
Öz-özünə yamaq olur.
Başqalaşdıqca ölür özü,
Adı yaşamaq olur.
Basdırılmamış “öz”lər var
Taleyin uçurumlarında.
Adı quş olub
Pişikdən danışılan nağıllar kimidir
Bəzi insanların ömrü.
Hiss edilən deyil,
Sərf edilən sözlər tökülür dodaqlardan…
Pionodan nağara səsi gəlir sanki….
Azalır insan.
Təbəssümün hissi yox,
Közlərin hisi yox,
Ürəklər buz tutub
Bir qram istisi yox…
Ey Tanrı!
İnsana nə su,
Nə də ki hava gərək.
İnsana bir qırıq güzgü gərək
Baxıb özüylə üzləşməkçün
Bir qırıq güzgü gərək…

Müəllif: Gülay Tahirli

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir