Müasir gənclər niyə sərbəst şeirə üstünlük verirlər?

Müasir şairlər sərbəst şeirə daha çox üstünlük verdikləri diqqətdən qaçmır. Təbii ki, əruz və hecada yazanlar da var. Lakin istisnalar qaydanı pozmur. Bəs görəsən, sərbəst şeir yazanlar onun da müxtəlif formaları olduğunu bilirmi? Məncə sərbəst şeir yazanlar içərisində bunu bilməyənlər daha çoxdu. İstərdim bu haqda qısa məlumat verdikdən sonra əsəs mətləbə keçək.
Sərbəst şeirlərin Tədqiqatçı Şirvani Ədilli Azərbaycan poeziyasında mövcud olan sərbəst şeirlərin xüsusiyyətlərini nəzərə alaraq ilk dəfə bu şeir formasının 8 növünü müəyyən etmişdir:

  1. Eyni bölgülü qafiyəli sərbəst şeir;
  2. Fərqli bölgülü qafiyəli sərbəst şeir;
  3. Qismən bölgülü qafiyəli sərbəst şeir;
  4. Bölgüsüz qafiyəli sərbəst şeir (qafiyəli nəsr);
  5. Eyni bölgülü qafiyəsiz sərbəst şeir;
  6. Fərqli bölgülü qafiyəsiz sərbəst şeir;
  7. Qismən bölgülü qafiyəsiz sərbəst şeir;
  8. Bölgüsüz qafiyəsiz sərbəst şeir (mənsur şeir)
    İndi isə Sərbəst şeir haqqında qısa məlumatlara baxaq:
    Sərbəst şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur.Sərbəst şeir ,sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi – izosillabizm, izotoniya və s.) azad olan şeir formasıdır. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirir.
    Ümumiyyətlə sərbəst şeir adından da göründüyü kimi sərbəstlik deməkdir. Yuxarıda da qeyd etdiyimiz kimi, sərbəst şeir Avropada meydana gəlib. Sizə maraqlı gəlmədimi, Sərbəstlik və Avropa? Ola bilər ki, sizə burada heç nə aydın olmadı. İndi isə izah edək. Sərbəst şeir digər vəznlərə baxanda daha azad, sərbəst, qayda və qanunları qəbul etməyən bir növdür. Məsələn, bir misal çəkək:
    Hər bir işdə bir qanun-qayda olduğu kimi, hecada və əruzda da özünəməxsus qaydalar, sərhədlər gözlənilir. Eləcə də bizim xalqımızın yazılmayan qaydaları var. Nədənsə, müasir gənclərin çoxu həmin qaydaları görməzdən gəlir. Və belə anlaşılır ki, onlar ümumi olaraq hansısa bir qanunun olmasının əleyhinədir. Sərbəst, azad insan kimi yaşamağı üstün tuturlar. Yəni onlar nə etmək istəsə, problemsiz etsinlər. Eynilə, Avropanın,Amerikanın bizə” sırımaq” istədiyi dəyərlər kimi.görünən odur ki, bizim gənclərin çoxu hər şeydə sərbəst olmaq istəyir.Asana qaçır.Sual oluna bilər ki, sərbəst şeir asandırmı? Bu sualın cavabını aşağıda izah edəcəm.Qərarı isə sizə buraxıram.
    Məsələn,mən Sərbəst şeir yazmaq istəsəm az qafiyələnmiş ya da müəyyən söz sırası ilə bunu edə bilərəm. Yəni istədiyim kimi yaza bilərəm. Kimsə məndən niyə qafiyələnməyə əməl etməmisən deyə, irad tuta bilməz. Həmçinin həm yazaram həm də beynimi yormayıb, çətin qafiyələnmədən qaçaram. Əgər,mən əruzda şeir yazsam, bunların tam əksi baş verəcək. Ümumiyyətlə, əruzda şeir yazanların, daha çox söz ehtiyatı olmalı, sözlərin qafiyələnmə formasını bilməli, məzmunu uyğunlaşadıra bilməlidirlər. Bu sizə adi görsənə bilər, amma qətiyyən elə deyil. Şeir nəzm deməkdir, daha çox onaqlığı, qafiyiyələnməni sevir. Amma sərbəst şeir nəsrə daha yaxındır. Lakin bu demək deyil ki, burada qafiyələnmədən istifadə olunmur. Qafiyə olur, lakin şairin istədiyi kimi, istədiyi formada. Ən maraqlı məsələ isə şeir yazmaq istəyən hər kəs sərbəst şeirə müracitə edir. Dediyim kimi sərbəst şeiri özləri üçün ən asan yol hesab edirlər. Həmin insanlar bir şair kimi özünü sübüt etmək istəyirsə, əruzda da şeirlər yazmalıdır. Məncə şair üçün bunlar problem deyil. Amma qafiyələnmədən anlayışı olmayanlara bu problemdi. Taki, bunu öyrənənə qədər də belə qalacaq. Düzdü, şeir yazmaq üçün insanda təb də lazımdı. Məsələn, bədahətən söz deyənləri buna misal kimi göstərə bilərəm. Əslində şair hazırcavab olmalıdır. Və hazırcavablıq, cümlə səviyyəsindən əlavə, şeir səviyyəsində də özünü göstərməlidir. Bunu qeyd edərkən Qəzəlxan filimindən bir epizod yadıma düşdü. Orada film əsasən gənc Əliağa Vahid ətrafında cərəyan edir. Deməli, Vahid bir dəfə ustad hesab etdiyi şəxslə görüşür. Vahidin gəldiyini görən ağsaqqal bir kişi ayağa qalxır, Vahidi salamlayır. Vahid ise bundan narahat olduğunu, ona əziyyət verdiyini düşünərək belə deyir. Bir daha sizə gəlməyəcəm. Hər gələndə sizə əziyyət verirəm. Ustad hesab etdiyi şəxs isə cavabında belə deyir,mənim bu hərəkətim sənə ibrət olmalıdır ki, böyük kiçik yeri biləsən. Deyesen, sən dedin ki, bizə gəlmək istəmirsən? Gəl səninlə şərt kəsək, sənə bir misra deyəcəm, əgər gerisini mən çayımı içib bitirənədək deye bilməsən daha bizə gəlmə, yox əgər deyə bilsən gəl. Vahid isə sakit bir tərzdə ustadını dinləyir. Çaylar süzülür, Həmin şəxs ilk misranı belə deyir :
    Min qəmim vardır, birin mindən bir adəm bilmiyir
    Dedikdən sonra çayını içməyə başlayır.Vahid isə həyəcanlı şəkildə düşünməyə davam edir. Ustadının çayını bitirməyinə az qalmış Vahid deyir,
    Min qəmim vardır, birin mindən bir adəm bilmiyir
    Həm bu bir qəm ki, min adəmdən biri qəm bilmiyir
    Bu cavbla Vahid, hazırcavblığını və təbinin rəvan olmağını ustadına bir daha sübut edir. Bu cavab ustadının tam ürəyincə olur. Hətta ustad əhsən deyərək, Vahidin cavabını yüksək qiymətləndirir. Mən də istərdim ki, bütün şairlər hər zaman hazırcavab, təbi rəvan olsun. Tək sərbəstdə yox, digər vəznlərdə də özlərini sübüt etsinlər. Şeir sənətinin ən problemli yönü isə hər şeir yazanın şair kimi görülməsidir. Məsələn, hər futbol oynaya bilən, hər qol vuran futbolçu sayılmır. Amma hər şeir yazan insan şair kimi görülə bilər, kitab çap edə bilər və.s. İndi siz deyin, Sabirə də Vahidə şair deyim , onlara da?
    Sonluqu isə sözlə bağlı bir bəndlə yekunlaşdırmaq istəyirəm:
    Xuda bədahətən söz verib bizə
    Söz elə varlıqdı görünmür gözə
    Qanmayan insan qulaq asmaz sözə
    Söz qanan insanlara həmdəmdi söz
    Bu bənddən də aydın olduğu kimi, əsəs sözü hansı vəzndə ,hansı formada deməyimiz deyil. Faydalı sözlərə qulaq asıb, danışdığımız kimi hərəkət etməyimizdir.

Müəllif: Elmir Səftərov

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir