Sevgi, Bağlılıq, yoxsa…?

Əksər insanlar kiminləsə sevgi münasibətində olub. Bu münasibətlər
müəyyən müddət davam edib. Bəzisi bir neçə gün, bəzisi aylarla ,bəzisi
isə illərlə davam edib. Bu sevgidi, bağlanmaq, yoxsa..? İnsan
unutqan varlıqdır. Onun çox həsrətə, vüsala dözümü yoxdur.Biri getsə,
yerinə kimisə tapar. Əsas odu ürəyi boş olmasın. Yaşım az da olsa, belə hallarla çox qarşılaşmışam. Demək olar ki, tanımadığı sadəcə  bir-neçə dəfə
gördüyü insanla münasibətdə olan və bunu sevgi adlandıranlar da az deyil.
Hətta dəniz qırağında, sosial şəbəkələrdə, ilk dəfə gördüyü insanla
sevgili olanlar da var. Tam əminəm ki, bu kimi hallarla sizdə az
qarşılaşmamısınız. Onsuz da qarşılaşdığımız belə münasibətlər  əksər
hallarda mənfəət, həzz, eşq üzərində qurulan münasibətlərdir.Bu kimi
sadaladığımız şeylər sevgi adı ilə ört-bas edilir. Ümumən, insan ürəyi heç vaxt boş olmur. Biri getsə, o biri gəlir.Bu yazılmamış qanunlardan
biridir. Hətta insan ən çox sevdiyi, özünü onsuz təsəvvür edə bilmədiyi
birini itirsə, yene də zaman öz sözünü deyir. Bir müddət sonra hər şey
öz yoluna düşür. İnsanlar arasında işlədilən “sevmək” sözü əslində
bağlanmaq mənasındadır. Çünki, “sevgi ” deyilən varlıq  elə bir hisdir
ki, daim səninlə olmalıdır, sən də onunla. Onu heç nə əvəz edə
bilməz. Necəki “Leyli və Məcnun” poemasında bunun şahidi oluruq. Düzdür, bu real həytadan uzaq, əfsanəvi bir şeydir.Ancaq, burada əsl sevgini görə bilərik. Çünki, burada sevgi sözdə deyil, mənəvi cəhətdən
ilahiləşib. Artıq onların yeməyə,içməyə,əylənməyə marağı yoxdur.
Beyinlərində yer alan tək şey sevgidir.

Nə qədər əfsanəvi olsa da sevgi budur. Hər bir insanın yanında ona
mənəvi cəhətdən dəstək olan biri lazımdır. Bu ata, ana,qardaş,dost,qohum-əqraba və .s ola bilər. Hətta bunlar olmasa belə, Allah insanın daima yanındadır. Hər şeydən çox, Allah hər bir insana
lazımdır. Çünki, bu dünyada nə varsa, səni qoyub gedəcək, ya da sən tək
gedəcəksən. Ona görə heç vaxt Allahı unutma ki, Allah da səni
unutmasın. Əgər bir insan ailəsi,qohumları, dostları yanındaykən özünü
lazımsız, tək hiss edirsə, o Allahdan uzaqlaşmışdır, demək.Əsasən gənc
oğlanlardan və qızlardan, mən “təkəm”, tənhayam kimi sözlər
eşidirəm. Deməli onların daxilində bir boşluq var. Hətta sevgililəri
yanında belə olsa, nəsə axtararlar, amma yenə də həmin  boşluq
dolmaz. Çünki, münasibət  insanı rahat etməz. Etsə də çox az müddətə
rahatlıq verər.Çünki o “sevgi”deyil, bağlılıqdı,həzzdi,mənfəətdi,eşqdi.

   Sevgi haqqında nə qədər yazsan bitməz. Buna görə də istədim  ki,
fikirlərimi sizə qısa formada çatdırım.Sözümü də bu cür tamamlamaq
istərdim ki,insanları sevin, pis olsa da ,sizi sevməsə də,çünki əsl
sevgi budur, qarşılıqsız. Necə ki, ALLAH bizi sevir 🙂

Müəllif: Elmir Səftərov

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir