Deputat seçicilərini evlərində ziyarət edib – VİDEO

Millət vəkili Naqif Həmzəyev Novruz bayramı ərəfəsində seçiciləri ilə görüş keçirib.

Beynelxalq.İnfo Modern.az-a istinadən xəbər verir ki, deputat seçicilərin yaşadığı məhəllələrə gedib, evlərində qonaq olub. Yel çərşənbəsinə təsadüf edən görüşdə Naqif Həmzəyev xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibəti ilə seçicilərini təbrik edib, ən xoş arzularını və diləklərini çatdırıb.

Deputat görüşdüyü hər bir seçicinin, qonağı olduğu hər bir ailənin qayğıları, problemləri ilə maraqlanıb. Əsasən sosial, məişət məsələlərin qaldırıldığı görüşdə millət vəkili bunları həll etmək üçün aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir