“Türkləşən” ermənilər, erməniləşən “türklər”

Erməni müğənnilərindən biri bu günlərdə İrəvanda televiziya çıxışı zamanı sensasion sayılacaq fikir söylədi. Dedi ki, bəs Qarabağ erməniləri əslinə qalsa türklərdir, çünki onlar Azərbaycan mühitində böyüyüblər. Onun sözlərinə görə, eks-prezidentlər Serj Sərkisyanla Robert Köçəryan da analoji mühitdə böyüyüblər və azı, 50 il lazımdır ki, “Qarabağ xalqına bu təsir neytrallaşsın”.

Əslində təzə məsələ deyil. Məsələn, yadıma gəlir ki, Vazianidə (Tiflisin yaxınlığındakı hərbi şəhərcik, indi də qalır) sovet ordusunda xidmət keçərkən batalyonumuzda çoxlu erməni var idi. Ermənistandan olan ermənilərin Azərbaycan ermənilərindən – Bakı, Gəncə, Sumqayıt ermənilərindən xoşu gəlmirdi. Onlarla dostluq eləmir, hətta yeri gələndə ikinciləri incidir, döyür, “türkləşmiş erməni” deyib lağa qoyurdular. Azərbaycan erməniləri də ən çox bizimkilərlə oturub-dururdular. Özü də əksəriyyəti azərbaycanca mükəmməl bilirdi.

Amma nə olsun. Həmin o “türkləşmiş ermənilər” hələ sovet dönəmində Bakıda, Gəncədə çörəyimizi yeyib-suyumuzu içə-içə Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşısına məqsəd qoymuş bədnam KRUNK gizli təşkilatının hesabına pul köçürürdülər. Bu da sənə “türkləşən erməni”.

Yaxud 1988-ci ildə “Sumqayıt hadisələri”ni törədib təbliğat savaşında Ermənistanın dilini uzun edən, həmin qanlı olayların təşkilatçısı Sumqayıtın “türkləşən” ermənisi Eduard Qriqoryan deyildimi? Xocalı soyqırımının əsas təşkilatçıları da “türkləşən” hərbi canilər – ikiayaqlı Sərkisyan və Köçəryan idi. Əgər “türkləşən” erməni türk insanına, türk çocuqlara qarşı bunca vəhşi, qəddardırsa… 

Eləcə də qardaş Türkiyədə nə qədər ad-soyadı türk olan mənşəcə erməni yaşayır. Amma erməniliyində qalırlar. Onların bəziləri hətta Türkiyə parlamentində təmsil olunur, vaxtaşırı çörəyini yeyib-suyunu içdiyi türk xalqına qarşı hədyanlar söyləyirlər. Utanıb-eləmədən uydurma “soyqırımı” tanımağı tələb edirlər.

Bizcə, ən qorxulusu da elə “türkləşmiş” ermənilərdir. Çünki onların dost ya düşmən olduğu, səmimi və ya məkrli olduğu dəqiq bilinməz. Ürəklərinin dərinliklərində onlar erməni olaraq qalırlar…

Paşinyanın İran səfərini zamanı “farslaşmış” ermənilərin də Ermənistan erməniləri ilə eyni amalı və əqidənin bölüşdüyünü gördük. Tehranda Paşinyanla görüşün keçirildiyi zalda qaldırılan ermənicə şüarı yada salın. Fransada, ABŞ-da yaşayan və heç vaxt “Ermənistan” adlı saxta dövləti görməyən, heç ermənicə bilməyən “4-cü, 5-ci nəsil” ermənilər də elə. Onları eyni xəstə ideya – “Böyük Ermənistan” xülyası birləşdirir.

Sözü nəyə gətiririk? Nəsə bu erməninin zatı, “materialı” başqadır, insan materialına bənzəməz. İlk baxışda tək səbəb kimi bu görünür: harada yaşamasından asılı olmayaraq, 100 ildən artıqdır erməni körpəlikdən türkə nifrət ruhunda böyüdülür. Beyinlərdəki bu “zəhər” qaldıqca bizim ermənilərlə dostluğumuz da qiyamətə qalacaq.

Ancaq biz ksenofob deyilik. İstisna etmirik ki, ermənilər arasında da bəşəri keyfiyyətlərə və hisslərə malik, insanlığını tam itirməmiş, maniakal ideya və arzularla yaşamayan, türkü “yırtıcı” saymayanlar var. Fəqət, o qədər azdırlar ki, ümumi erməniliyə təsir gücündə deyillər əfsus ki. Odur ki, gəlin, “İlanın ağına da, qarasına da lənət” deyək! Zira, düşmənimiz təkcə Ermənistan erməniləri deyil, bütövlükdə ermənilikdir, dünya ermənilyidir!..

Özümüzdən də 1-2 cümlə yazaq. Bir də görürsən azərbaycanlılardan kimsə Rusiyaya, Avropaya gedir, 2-3 aydan sonra danışığını dəyişir, öz ana dilini, soy-kökünü, işğal faktını az qala unudur, ermənilərlə “çaşka-lojka”, qohum olur, ermənini tərif edir, “bu, siz tanıyan ermənilərdən deyil” iddia edir, ən betəri, manqurtlaşır, “Qarabağ dərdini, işğal dərdini qoy qarabağlılar çəksin, mən gedib orda niyə ölməliyəm” deyir…  

“Erməni” deyirik, amma maraqlıdır ki, ermənilər özlərini erməni yox, “hay” adlandırırlar. Bütün dünyanın, eləcə də ermənilərin baş müttəfiqi və havadarı sayılan Rusiyanın  Ermənistan kimi tanıdığı ölkəyə isə onlar “Hayastan” deyirlər. Bu da təsadüfi deyil.

Məsələ ondadır ki, tarixçilərə görə, qədim türk torpağı olan hazırkı Ermənistandan ermənilər sıxışdırılıb çıxarılıb. Onları davakar və gəlmə haylar əvəzləyib. Qarabağdakı (gəlmə haylar nəzərdə tutulmur), Bakı və Gəncədəki ermənilər isə hay deyil, ermənilərdir. Onların bir-biri ilə yola getməməsinin səbəbi bu.

Ancaq bununla bizim yaramız sağalmır, təbii ki. Düşməni olduğu kimi tanıyaq… 

Müəllif: Zahid SƏFƏROĞLU
Musavat.com

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir