BŞİH Qarabağ Komitəsinin mitinqinə razılıq verməyib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin martın 16-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Beynelxalq.İnfo xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, Qarabağ Komitəsi martın 16-da mitinq keçirmək üçün BŞİH-nə müraciət edib./ONA

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir