Fuad Abbasov medalla təltif edildi – FOTO

“Dədə Qorqud” Milli Fondunun rəhbəri Eldar İsmayılov və üzvləri – Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov Rusiyada yaşayan tanınmış jurnalist Fuad Abbasovla görüşüblər.

Beynelxalq.İnfo Unikal.org-a istinadən xəbər verir ki, görüş zamanı çeçen və azərbaycanlılar arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə təltif edildiyi “Vətən Övladı” medalı Fuad Abbasova təqdim edilib.

Xatırladaq ki, bir müddət öncə Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub.

Belə ki, özünü azərbaycanlı kimi təqdim edən Harnik Aramoviç Vardanyan Əlixan adlı çeçenlə telefon danışığı zamanı onun həyat yoldaşına həqarət edib. Əlixan adlı şəxs isə onun həyat yoldaşını təhqir edən Harnik Aramoviç Vardanyanın azərbaycanlı olduğunu düşünüb və azərbaycanlılara qarşı da söyüş söyüb. Nəticədə Harnik Aramoviç Vardanyan Əlixanın telefon danışığının azərbaycanlılara söyüş söyülən hissəsini internetdə yayaraq, təxribatın əsasını qoyub.

Çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün fəallıq göstərənlərdən biri isə Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov olub. O, bu erməni təxribatını araşdıraraq üzə çıxarıb və ictimailəşdirib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir