Şəhid övladları peşə və elmi təhsil müəssisələrində pulsuz oxuyacaqlar

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilir.

Beynelxalq.İnfo xəbər verir ki, bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi bu gün Milli məclisin İnsan hüquqları komitəsində müzakirə edilib.

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib./azedu.az

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir