“Xocalı” kitabı altı dildə nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Türkiyədə “Xocalı” kitabı altı dildə (Azərbaycan, rus, ingilis, alman, fransız və ərəb) çap olunub.

İnstitutdan Beynelxalq.İnfo-ya verilən məlumata görə, kitabda Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirilir. Nəşrdə Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırımı kimi qəbul edilməsi, cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması kimi məsələlərə yer ayrılıb.

Nəşrdə, həmçinin beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilən hüquqi-siyasi qiymət təhlil edilib.

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir