Küçələrə atılmış avtomobillər – Xətaidən Fotolar

Köhnə, sıradan çıxmış maşınlara Bakı küçələrində vaxtaşırı olaraq rast gəlinir.

Beynelxalq.İnfo xəbər verir ki, yol qıraqlarına atılan bu maşınların yaratdığı eybəcər mənzərə bəzən illərlə kimsəni narahat etmir.

Belə rüsvayçı mənzərədən biri də Xətai rayonu ərazisində, “Həzi Aslanov” metrostansiyasında Gəncə prospektini birləşdirən Xudu Məmmədov küçəsindədir. Tarixin hansısa dönəmində biri yük, digəri sedan olmuş bu iki maşın küçənin hər iki tərəfində, üz-üzə atılıb. Bu atılan maşınların yolu daraltması, gediş-gəlişə mane olması Xətai RPİ-nin DYP şöbəsinin, maşınların zibil yığınına çevrilməsi və küçəyə bərbad durum verməsi isə İH-nin vecinə deyil.

Sakinlərin sözlərinə görə, bu maşınları ən azı 5 ildir ki, orada müşahidə edirlər. Beş il ərzində sözügedən qurumlardan heç biri o avtomobil olmuş zibillərin ordan götürülməsinə çalışmayıb.

Yeri gəlmişkən qeyd edək ki, bu zibilliyə çevrilən maşınların yerləşdiyi ərazinin yolqırağı hissəsi vaxtilə şam ağaclarından ibarət yaşıllıq idi. İndi X.Məmmədov küçəsində yolqırağı piyada yolunun “Həzi Aslanov” metrosuna doğru olan hissəsini restoranlar qeyri-qanuni olaraq zəbt edib, Gəncə prospektinə doğru olan hissəsi isə bu cür atılmış maşınların zibilliyinə çevrilib.

Xatırladaq ki, keçmiş icra başçısı R.Məmmədovun Xətai rayonu üçün pis ənənəyə çevirdiyi bu hallar hələ də aradan qalxmayıb./axar.az

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir