Azərbaycanda qeyri-adi ev – Video

Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev “gəzən ev” düzəldib. O, 1 otaqlı evi taxtadan və isti-soyuq keçirməyən materiallardan hazırlayıb. Evin hərəkət etməsi üçün avtomobil təkərlərindən istifadə edib.

Beynelxalq.İnfo “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, usta əl işini dəmir parçaları, UAZ markalı avtomobilin təkərləri və taxta materialardan istifadə etməklə 45 günə hazırlayıb. Uzunluğu 6 metrə yaxın, eni 2 metr yarım, çəkisi 2 ton olan “Gəzən ev”in daşınması əksər avtomobillərlə mümkündür. İçərisi taxtlarla yığıldığından əl işi xüsusi ilə diqqət çəkir.

Ümumi sahəsi 14 kvadrat metr olan daşınan evin içərisi iki mərtəbəyə bölünür. Sənətkar burada zövqə uyğun olaraq müəyyən dəyişikliklər etməyin mümkün olduğunu da deyir.

“Gəzən ev” görənlərin marağına səbəb olur. Türkiyədən ölkəmizə gələn sürücü Azərbaycanda hazırlanan əl işinin keyfiyyətli və diqqət çəkən olduğunu deyir.

Kəlbəcərli sənətkar 45 gün vaxt sərf etdiyi əl işinə 4500 manat xərc çəkib. Təklif edilən məbləğ ürəyincə olsa, “Gəzən ev”i satmaq fikirinə düşə biləcəyini deyir.

Share

loading...

Author: News Department

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir