Afət Fərmanqızı Nəsiminin qəzəlini təhrif etmə səbəbinin Flora Kərimovada olduğunu bildirdi

İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini təhrif olunmuş formada “Pəncu-şeş” hind mahnısının musiqisi üzərində oxuması ilə tənqid hədəfi olaraq “gündəmə gələn” Afət Fərmanqızı xalq artisti Flora Kərimovaya lağ edib.

Beynelxalq.İnfo xəbər verir ki, A.Fərmanqızı F.Kərimovanın rol aldığı “Qayınana 2018” filmi üçün hamam otağında çəkdirdiyi fotosunu İnstaqramda paylaşaraq “onun ucbatından” Nəsimin qəzəlini təhrif etdiyini yazıb.

“Bu xanım bu günlərdə Faiq Ağayevə “sənəti yoxdur” dedikdən sonra yenə məni tənqid etməyə başlayıb. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi gördükdən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısası, günah sizdədir. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım”, – A.Fərmanqızı qeyd edib.

Qeyd edək ki, bundan əvvəl F.Kərimova A.Fərmanqızının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məşhur “Sığmazam” qəzəlini hind musiqisi üstündə oxumasını tənqid edib və bunu dəyərlərimizə hörmətsizlik kimi qiymətləndirib.

Zəruri olaraq xatırladaq ki, A.Fərmanqızı eyni zamanda qəzəlin sözlərini təhrif də edib və misranın mənasını anlamadını göstərib./kullt.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir