Naqilsiz qulaqcıqlar xərçəng yaradır? – Alimlər təşvişdə

Naqilsiz qulaqcıqlar insanlar arasında xərçəng xəstəliyi riskini artırır.

Beynelxalq.info xəbər verir ki, 40-dan çox ölkədən 250 elm adamı Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatına naqilsiz texnologiyalardan yayılan radiasiya ilə bağlı xəbərdarlıq ərizəsi ünvanlayıb.

Ərizədə naqilsiz qulaqcıqların beyinə və daxili qulağa yaxın olmasının xərçəng riskini artırdığı qeyd edilib.

Məlumata görə, bu tip cihazlarda bağlantı üçün Blutuzdan istifadə edilir və bu zaman məlumatların ötürülməsi üçün elektromaqnit dalğaları aktivləşir.

Naqilsiz qulaqcıqların beyinə necə zərər vurması barədə hələlik araşdırma aparılmadığı, lakin siçanlar üzərində aparılan araşdırmalarda radiasiyanın nevroloji və genetik problemlərə səbəb olduğu bildirilib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir