Quql rekord məbləğdə cərimələndi

Avropa Komissiyası Quql şirkətini 1,49 milyard avro cərimələyib.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Cərimə Quqlun Avropa İttifaqının antiinhisar qanunvericiliyinin qaydalarını pozması, eləcə də onlayn reklam bazarındakı vəziyyətdən sui-istifadəyə yol verməsi ilə bağlıdır.

Quql şirkətinin rəsmisi Kent Uoker isə bildirib ki, Quql şirkəti AB-nin qanunlarına uyğun hərəkət etmək üçün məhsullarında dəyişikliklər edib və bu dəyişikliyi yenə də davam etdirəcək:

“Sözügedən cəza Quqla AB tərəfindən tətbiq edilən 3-cü ən böyük cəza oldu. Şirkət keçən il 4.3 milyard dollar, ondan bir il əvvəl isə 2.4 milyard avro cəza ödəmişdi. Bu cəzalar da eyni iddia ilə tətbiq edilmişdi”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir