Feysbuk Rusiya və İrana aid səhifələri bağladı

Feysbuk və İnstaqram sosial şəbəkələri İran, Rusiya, Makedoniya və Kosovadan olan istifadəçilər tərəfindən yaradılmış 2600 səhifəni bağlayıb.

Beynelxalq.İnfo xəbər verir ki, bu məlumat Feysbukun mətbuat xidməti yayıb. Səhifələrin bağlanmasına əsas səbəb kimi bu səhifələrin sahiblərinin “koordinasiya edilmiş atipik davranışı” göstərilib. O bu səhifələrin bağlanmasının onların sahiblərinin yayımladıqları məlumatlarla əlaqədar olmadığını bildirib.

Qeyd edək ki, Feysbuk fevral ayında İrana aid olduğu bilinən 262 səhifə, 356 hesab və 3 qrupu bağlayıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir