Bakı və Ankaranın birgə layihəsinin yekunlaşacağı – Vaxt

Türkiyənin Qars şəhərində logistika mərkəzinin tikintisi ilə bağlı Azərbaycanla birgə reallaşdırılan işlər cari ilin sonunadək başa çatacaq.

Beynelxalq.İnfo Trend-ə istinadən xəbər verir ki, logistika mərkəzinin tikintisində heç bir ləngimə yoxdur.

Nazirlikdən bildiriblər ki, bu mərkəz ölkənin şərqindəki ən vacib logistika mərkəzlərindəndir:Ə

“Qarsdakı logistika mərkəzi regionun inkişafına xidmət göstərəcək”.

Qeyd edək ki, Qars logistika mərkəzi 300 min kvadrat metr sahədə tikilir. Hər il bu mərkəz vasitəsilə 412 min ton yük daşınması planlaşdırılır.

Logistika mərkəzinin ərazisində 16 kilometr uzunluğunda dəmiryol xətti tikiləcək və bu xətt Qars-Ərzurum dəmir yoluna birləşdiriləcək.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir