Mübariz – ŞEİR

Vətənimin sən fəxrisən.
Ölkəmizin igidisən.
Əsgərlərə bir örnəksən
Qoçaq, ölməz, ey Mübariz!

Sən hər zaman yadımızda
Qəhrəmantək qalacaqsan.
Yaddaşlarda sən Mübariz
Əsgər kimi duracaqsan.

Düşmənlərə qan qusdurdun.
Yara basdın ürəklərə.
Düşmənin gözün qorxutdun,
Qorxmaz igidliyin ilə.

Ey Mübariz, sən ölkənə
Şirürəkli oğul oldun.
Bizim vətən bayrağını
Zirvələrə ucaltdın.

Gülnar Həsənzadə

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir