YUNESKO-dan Notr-Damdakı yanğına – Reaksiya

YUNESKO Parisin Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə YUNESKO-nun baş direktoru Odre Azule bildirib.

O.Azule bildirib: “1991-ci ildən dünya mədəni irsinə qeydə alınan Notr-Dam kilsəsində baş verən dramatik yanğın ilə bağlı böyük emosiyalar. YUNESKO vəziyyəti diqqətlə izləyir və bu əvəzsiz irsi qorumaq və bərpa etmək üçün Fransa ilə birlikdədir”.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsi yanır. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir./trend

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir