Ahıllarla “Bir səbət təbəssüm” adlı görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Beynelxalq.info-ya verilən məlumata görə, Şahbuz rayon “Ahıllar Evi”ndə gənclərin iştirakı ilə “Bir səbət təbəssüm” adlı görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Valeh Mahmudov muxtar respublikada gənclərin fəallığı barədə məlumat verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Söhrab Kərimov isə bu gün muxtar respublikada ahıllar və sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şərait və onlarla bağlı görülən işlərdən danışıblar.

“Bir səbət təbəssüm” layihəsinin ideya müəllifi, Naxçıvan Dövlət Universitetinin tələbəsi Fərid Əkbərli bildirib ki, layihəni hazırlamaqda məqsəd “Ahıllar Evi”nin yaşlı sakinləri ilə gənclərin arasında sosial əlaqələrin qurulması, onların hər zaman qayğı ilə əhatə olunmasını göstərməkdir.

Sonra gənclər rəqs nömrələri nümayiş edib, musiqi və şeirlər səsləndiriblər. Sonda isə Gənclər və İdman Nazirliyi tərəfindən “Ahıllar Evi”nin sakinlərinə hədiyyələr təqdim olunub. Tədbirdə 30-a yaxın gənc iştirak edib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir