Türkiyənin ilk elektrik zirehli vasitəsi “Əqrəb II” təqdim edildi – FOTOLAR

 Türk müdafiə sənayesinin zirehli quru vasitəsi istehsalçılarından olan “Otokar”, Türkiyənin ilk elektrik zirehli vasitəsi “Əqrəb II”ni tanıtdı.

Beynelxalq.İnfo xəbər verir ki, Otokar baş direktoru Serdar Görgüç, müdafiə sənayesindəki inkişafları qiymətləndirmək və yeni zirehli vasitələrin tanıtılması üçün mətbuat konfransı təşkil edib.
Serdar Görgüç, “İlk versiyası Türkiyənin ilk elektrik zirehli vasitəsi olan Əqrəb II, bizə elektrikli vasitə texnologiyasının hərbi vasitələrə həyata keçirilməsinə aid məlumat və təcrübə qazandırarkən Türkiyənin hərbi tip elektrik, hibrit və avtonom vasitələr mövzusunda ilk addımları olacaq.” dedi.

Qeyd edək ki, elektrik mühərriki və inkişaf etmiş batareyalarla təchiz edilən “Əqrəb II” Türkiyənin ilk elektrik zirehli vasitəsi olaraq IDEF 2019’da sərgilənəcək.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir