37 il sonra sel əsgərin cəsədini ölkəsinə gətirdi

Son günlər İranın bir sıra əyalətlərini cənginə alan leysan yağışları möcüzəvi hadisəni ortaya çıxardı desək yanılmarıq.

Beynelxalq.İnfo xəbər verir ki, leysanın əmələ gətirdiyi sel suları 1982-ci ildə, İran-İraq müharibəsi zamanı itkin düşən iraqlı əsgər Əbdüləmir Hacı Cabbarın cəsədini ölkəsinə gətirib.

Hərbçinin meyiti 37 il sonra İraqın Misan şəhəri yaxınlığında tapılıb.

Belə ki, qol saatı, üzərində müxtəlif əşyaların tapılması ilə cəsədin Cabbara aid olduğu məlum olub.

Daha sonra yaxınları tərəfindən Cabbarın nəşi doğulduğu Fecr ərazisində torpağa tapşırılıb.

Qeyd edək ki, 37 il öncə ailəsi Ə.H.Cabbardan uzun müddət xəbər almayınca onu itkin olaraq qəbul edib.

Uzun illər sonra ailə üzvləri ondan ümidini kəssə də, gənc əsgəri boya-başa çatdığı torpaqda dəfn etmək istəyirdilər.

İranın bir çox şəhərlərini viran qoyan sel suları isə onların bu istəyini “yerinə yetirdi”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir