Teleaparıcı Rafiq Həşimov tələbələrlə görüşüb

Jurnalistika fakültəsində Televiziya və radio jurnalistikası kafedrasının təşəbbüsü ilə “Radio və televiziya texnikası və verilişlərin hazırlanması” dərsinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Televiziyasının aparıcısı, kinorejissor Rafiq Həşimov olub. Tədbiri giriş sözü ilə açan fənn müəllimi Əli Hacıyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, görüşün keçirilməsinin məqsədləri barədə məlumat verib.

Daha sonra Rafiq Həşimov tələbələrlə fikirlərini bölüşüb, günümüzdə media dünyası, natiqlik sənəti kimi məsələləri dəyərləndirib, auditoriya qarşısında çıxışların prinsiplərini izah edib, öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş tələblələrə tövsiyələrini çatdırıb. Qonaq qüsursuz nitqə sahib olmağın yollarına dair məruzəsi ilə fakültə tələbələrinin diqqətini dolğun səsə sahib olmaq, söz ehtiyatının artırılması, düzgün nəfəs almaq, auditoriya qarşısında sərbəst çıxış etmək, insanlarda xoş təəssürat yaratmaq və bir sıra vacib məsələlərə aydınlıq gətirib.

Rafiq Həşimov tələbələrə masterklass keçib. Aktiv diskussiya şəklində davam edən görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir