Jurnalisti öldürməkdə təqsirləndirilən şəxs 30 il azadlıqdan məhrum edilib

Bolqarıstanda Ruse şəhərinin məhkəməsi TVN regional televiziya kanalının jurnalisti Viktoriya Marinovanın ölümündə təqsirləndirilən 21 yaşlı Severin Krasimirovu 30 il azadlıqdan məhrum edib.

Beynelxalq.İnfo AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə, həmçinin S.Krasimirovun öldürülən jurnalistin ailəsinə 225 min avro təzminat ödəməsini qərara alıb. Məhkum öz günahını tam təsdiqlədiyinə görə ömürlük həbs cəzası almayıb.

Qeyd edək ki, Dunay çayının sahilində Ruse şəhəri yaxınlığında 2018-ci ilin oktyabrında jurnalist Viktoriya Marinovanın cəsədi tapılıb. Hüquq-mühafizə orqanlarının operativ əməliyyatı nəticəsində cinayətkarın izinə düşmək mümkün olub. Severin Krasimirov Almaniyada həbs edilərək Bolqarıstana gətirilib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir