Mnatsakanyan: “Məmmədyarovla Vaşinqtonda görüşə bilərəm”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun görüşü Vaşinqtonda keçirilə bilər.

Beynelxalq.İnfo Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “1in.am” nəşrinə müsahibəsində Ermənistan XİN-in başçısı bildirib.

O qeyd edib ki, prosedurların davamlılığı zəruridir və ABŞ-dakı həmkarlar öz dəvətlərini konkretləşdirərlərsə, erməni tərəfi məhz o vaxt bəyanatla çıxış edəcək. Mnatsakanyan bildirib ki, ABŞ həmkarlarının adından danışmaq istəmir, belə ki, onlar hər şeyi hazırlamalı, dəqiqləşdirməlidirlər.

“Deyə bilmərəm ki, tərəfinizdən bəyanat olmadan mən sizə qonaq gəlirəm”, – Mnatsakanyan izahat verib.

Daha öncə Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov bildirmişdi ki, ABŞ tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə iki ölkənin xarici işlər nazirlərinin görüşünün Vaşinqtonda keçirilməsini təklif edib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir