Mnatsakanyan Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü barədə

Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü barədə danışmaq tezdir.

News.am saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan rəhbərlərinin 29 mart görüşü zamanı bir sıra anlaşmalar əldə olunub. Nazirin sözlərinə görə, həmin anlaşmalar üzərində XİN rəhbərləri iş aparıb, gələcəkdə atılacaq addımlar müəyyən edilib.

Mnatsakanyan həmçinin bildirib ki, yaxın zamanlarda iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü baş tutacaq. Lakin o, görüşün dəqiq tarixini və yerini açıqlamayıb: “Bu proses davam edir. Görüşlər müxtəlif ölkələrin paytaxtlarında keçirilir. Qəbul edən tərəf görüşün tarixini müəyyən edən kimi dəvət göndərəcək. Elə həmin vaxt xarici işlər nazirlərinin görüşü barədə müvafiq bəyanat veriləcək”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir