Seçkilərə görə ölənlərin sayı 276-ya çatdı

İndoneziyada aprelin 17-də keçirilən seçkilərdə yorğunluqdan ölən komissiya üzvlərinin və polislərin sayı 276-ya çatıb.

Beynelxalq.İnfo Axar.az-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ariv Budiman məlumat verib.

Onun sözlərinə görə, ölənlərin 225-i yaşı 40-dan yuxarı olan seçki məntəqəsinin üzvləridir. Bundan əlavə, seçkilərin gedişini müşahidə edən daha 33 nəfər də vəfat edib. Bunun əsasən yorğunluqdan baş verdiyini deyən MSK sədri əlavə edib ki, aprelin 17-də keçirilən seçkilər ölkə tarixində ən böyük seçki kimi yadda qalıb.

A.Budiman bildirib ki, əksəriyyəti yol-nəqliyyat hadisələrində ölən 18 polisi də bu siyahıya əlavə etmək olar.

Məsələ burasındadır ki, İndoneziyanın coğrafi şəraiti seçki komissiyalarının üzvlərini və polisləri seçki bülletenlərini və qutularını müxtəlif cür – atla, qayıqla cəngəlliklərdən, çaylardan və dağlardan keçərək seçicilərə çatdırmağa məcbur edir.

Bir çox siyasətçilər və seçki komissiyalarının üzvləri gələcəkdə belə ölüm hallarının qarşısını almaq üçün hökuməti prezident seçkilərini parlament seçkilərdən ayıran qanun qəbul etməyə çağırıblar.

İndoneziyada aprelin 17-də keçirilən seçkilərdə 150 milyon seçici 813 min məntəqədə səs verib. Seçki məntəqələrinin ümumilikdə 17 min adada yerləşdiyi bildirilir.

Seçkilərin rəsmi nəticələrinin mayın 22-də elan ediləcəyi gözlənilir.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir