Sərnişin avtobusunun qəzaya uğramasının – Təfərrüatı

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Beynelxalq.Info xəbər verir ki, hadisə aeroport yolunda, “Buta Palas” yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşıyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu “Mersedes”lə toqquşub .

***

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib.

Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb. İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir