Şri Lankadakı partlayışların səbəbi bəlli oldu

Şri Lankada növbəti dəfə partlayışlar olub.

Beynelxalq.İnfo xəbər verir ki, Kalminay şəhərində ardıcıl 3 partlayış baş verib. Şri Lanka ordusunun rəsmiləri partlayışların baş verdiyini təsdiqləyib.

Partlayış nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, aprelin 21-də Şri Lankada 8 terakt baş verib. Terakt nəticəsində əvvəlcə 359 nəfərin öldüyü bildirilsə də, rəsmilər bu rəqəmin 260-ı aşmadığını bildiriblər.

***

Şri Lankanın Ampara bölgəsində polis ilə silahlı qruplar arasında qarşıdurma yaşanıb.

Qarşıdurma zamanı bombalarla hücumlar da təşkil edilib. Bundan sonra bölgədə fövqəladə vəziyyət elan edilib. Belə ki, polisin fabrikə təşkil etdiyi basqın zamanı 3 şübhəli şəxs üzərində olan bombanı partladıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir