Masazırda atışma: 3 nəfər “Vinçester”lə vuruldu

Masazırda 3 nəfər “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

Beynelxalq.İnfo Report-a istinadla xəbər verir ki, hadisə qəsəbədə yerləşən ev alğı-satqısı ofisindә baş verib.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların sözlərinə görə, onlara “Vinçester” markalı silahdan atəş açan “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.

Münaqişəyə ev alğı-satqısı ilә mәşğul olan şәxslәrlə Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub.

***

Masazır qəsəbəsində baş verən silahlı insidentin şok təfərrüatı ortaya çıxıb.

Bakupost.az-ın məlumatına görə, “Yeni Bakı” yaşayış kompleksinin Ehtiram adlı komendantının törətdiyi cinayətin səbəbi puldur.

Belə ki, Ehtiramın güllələdiyi şəxslər maklerlərdir. Adıçəkilən şəxslər arasında ev alqı-satqısı ilə bağlı danışıq olub, Ehtiram onlardan əlavə faiz tələb edib və narazılıq yaşanıb.

Bundan sonra Ehtiram satılan evlə bağlı təmizlik kağızı adlanan sənədi maklerlərə verməkdən imtona edib və faizini tələb edib. Razılaşma əldə edə bilməyən Ehtiram silahını götürüb Mazasıra maklerlərin ofisinə gəlib və onları orada güllələyib.

Bildirilir ki, Ehtiram “3 fəsil” tikinti şirkətinin sahibi Elnur Hüseynovun dayısıdır. Ehtiram “Yeni Bakı”ya komendant təyin edildikdən bəri yaşayış kompleksində az qala hər gün davadır.

Məlumata görə, Ehtiramın Ruhiyyə adlı ikinci arvadı yaşayış kompleksindən ev satan maklerlərdən əlavə faiz tələb edirmiş. Şirkətin rəhbəri Elnur isə bütün bu məsələlərdən xəbərdar imiş və dayısının tərəfini tuturmuş.

Adıçəkilən yaşayış kompleksindən ev satan maklerlərin hamısı Ehtiram və Ruhiyyəyə 1500 manat pul ödəməliymiş.

O da bildirilir ki, “İlin dörd fəsli” şirkətinin vergidən yayınmaq üçün adıçəkilən yaşayış kompleksinin sakinlərinə “kupça” verməyi də müxtəlif bəhanələrlə uzatdığı iddia edilir.

Qeyd edək ki, Elnur Hüseynov Bakıdakı məşhur 3 korona” yaşayış kompleksinin də sahibidir.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir