Nazpəri Dostəliyeva yeni vəzifəsindən danışdı

Xəzər TV-də də Bədii Şuraya üzv seçilən Xalq artisti Nazpəri Dostəliyeva yeni vəzifəsi barədə İnstaqram səhifəsində paylaşım edib.

Beynelxalq.İnfo Teleqraf.com-a istinadən xəbər verir ki, müğənni “Xəzər” televiziyasının Bədii Şurasına üzv seçilməyi münasibətilə çoxlu təbrik mesajları aldığını qeyd edib:

 

“Hamınıza səmimi təşəkkürlərimi bildirirəm. Nə yaxşı ki, varsınız! Bundan sonra mədəniyyətimizə, incəsənətimizə davam. Etimad göstərən, etibar eləyən hər kəsə təşəkkürlər!”, – deyə Nazpəri Dostəliyeva qeyd edib.

Qeyd edək ki, Xəzər TV-də şuraya xalq artistləri Nazpəri Dostəliyeva, Həmidə Ömərova, Xalq yazıçısı Elmira Axundova, deputatlar Elman Nəsirli, Novruz Aslan və bir neçə tanınmış üzv seçiliblər.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir