Dəhşətli qəzada 8 nəfər öldü – Siyahı/Video

Göygöl rayonunda ağır yol qəzası baş verib.

Beynelxalq.İnfo xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 və VAZ-2107 markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir.

***

Göygöl rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, baş verən hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan – 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun 1 yaşlı qızı Həsənova Rübabə Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, VAZ-21 06 markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, onun 3 yaşlı oğlu Camalov Hüseyn Aslan oğlu, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Həlak olanların hamısı Daşkəsən rayon sakinləridirlər.

Hadisə nəticəsində xəsarət alan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyyə Ramiz qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir