Bakıda güzəştli mənzillər 40 saniyədə satıldı

Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı. Sistemlərində hər hansı problem yaranmayıb.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə Osman Gündüz məlumat paylaşıb.

“Yeri gəmişkən, xeyli sayda dövlət və özəl sektor nümayəndələri, XDMX, ASAN, NRYTN, Delta Telekom, MHM, AzİnTelecom , MHM, eGov Mərkəzi , Ernest&Yang və s. qurumalr da prosesdə iştirak edirdilər.

DEMO versiyanın qabaqcadan 1 ay ərzində işə salınması və iddiaçıların qabaqcadan xeyli məşq etməsi və iddiaçılar tərəfindən İT mütəxəssislərin prosesə cəlb edilməsi seçim zamanını xeyli dəyişib.

Artıq ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə isə bütün mənzil seçimi başa çatdı. Ekranda bütün prosesi müşahidə ertmək mümkündür.

Əvvəlcədən də yazanlar vardı ki, 6 saniyəyə DEMO-da seçim edə bilir”, – o qeyd edib.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə növbəti elan verilib.

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayıb və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək.

Daha ətraflı bu keçid vasitəsilə tanış olmaq mümkündür.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir