Himnimizi bu cür oxumaq olarmı? – Video

Formula-1 SOCAR Azərbaycan Qran-Prisinin açılış mərasimində dövlət himnimizin muğam və klassik üslublarda ifa edilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Aralarında ziyalıların da olduğu bir çox sosial şəbəkə istifadəçisi beynəlxalq yarış səhnəsində himnimizin muğam kimi oxunmasına etiraz edib və himnimizin orkestrin müşayiəti ilə ifasını doğru sayıb.

Beynelxalq.İnfo xəbər verir ki, məsələ ilə bağlı Kult.az-a danışan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, tanınmış bəstəkar Sərdar Fərəcov bildirib ki, sözləri və musiqisi dəyişdirilmədiyi təqdirdə himnimizi bu cür səsləndirmək normaldır.

“Formula-1 yarışlarında himnimizin bu cür səsləndirilməsində heç bir qəbahət yoxdur. Onun sözlərinə və musiqisinə xələl gəlmədiyi üçün ictimaiyyət arasında, dövlət tədbirlərində bu cür oxunmaq olar. Düşünürəm ki, dövlət himnimiz o dərəcədə gözəldir ki, onu kiçik heyətlə belə oxumaq mümkündür”.

Qeyd edək ki, Formula-1 SOCAR Azərbaycan Qran-Prisinin açılış mərasimində dövlət himnimiz tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirilib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir