Bakıda qəza: sürücülər arasında dava düşdü – Video

Nəsimi rayonunda 3 minik avtomobili toqquşub.

Beynelxalq.İnfo xəbər verir ki, 28 may küçəsi ilə hərəkət edən “Hunday” (“Hyundai”) markalı avtomobil yol nişanın tələbini pozaraq Rəşid Behbudov küçəsinə çıxaraq “Daevoo” və “Mersedes” markalı avtomobillərə çırpılıb.

Nəticədə “Mersedes”də olan sərnişin qadın xəsarət alıb. “Mersedes”in sürücüsü xəsarət alan qadının qəfil huşunu itirdiyini görüb, bundan hiddətlənərək “Hunday”ın sürücüsünü döyüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Dava edən şəxslər saxlanılıb./ONA

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir