Oruc tutanların diqqətinə: Bunları mütləq oxuyun!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının miladi təqvimlə mayın 6-da başlayacağını açıqladı.

Beynelxalq.Info Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi məhz bu tarixə təsadüf edəcək.

Ayın göründüyü andan etibarən də Ramazan ayı başlayacaq.

Ramazan ayının ilk günündən etibarən müsəlmanlar 5 vacib əməlindən biri olan orucu tutmağa başlayacaqlar. Oruc tutmaq bütün müsəlmanlar üçün vacib buyurulsa da, bəzi şəxslər istisna ola bilir. Bu istisnaya hamilə qadınlar, qocalar, körpələr, xəstə insanlar, səfərdə olanlar daxildir. Lakin bir neçə gün oruc tutduqdan sonra özünü pis hiss edən insanlar da olur ki, onlar ay sonuna qədər bu ibadətini yerinə yetirməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün insan orqanizminin oruc tutmağa hazır olub-olmadığını bilmək vacibdir.

Uzun müddət ac və susuz qalacaq bədənin öncədən oruca hazır olması üçün bəzi hazırlıqlar aparılmalıdır.

Ramazan ayı sağlamlıq baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir. Bədənin özünü yeniləməsi üçün ideal olan bu zaman müddətindən öncə orqanizmin bu yeniliyə hazır olması vacibdir. Mütəxəssislər, xüsusilə, sağlam qidalanmayan və immun sistemi zəif olan insanların orucdan əvvəl orqanizmlərinin uzunmüddətli aclığa və susuzluğa qarşı müqavimətini artırmalarını tövsiyə edir. Bunun üçün orqanizmin əvvəldən enerji depolaması lazımdır. Bu məqamda alma suyuna güvənmək olar. Alma suyu bədəndəki toksinləri təmizləyərək immun sistemini qüvvətləndirməkə yanaşı, yağların enerjiyə çevrilməsinə kömək edir. Bir həftə boyunca nizamlı şəkildə alma suyu içərək orqanizçi Ramazan ayına hazırlaya bilərsiniz. Alma suyunu Ramazan ayı boyunca da içmək faydalıdır. İftardan iki saat sonra bu sudan qəbul etməklə bu sağlam prosesi davam etdirmiş olarsınız.

Bir həftə alma suyu içmək…

– Ramazandan öncə başlamaq şərtilə, gündə bir fincan alma suyu içməklə bədəni toksinlərdən idrar yolu ilə təmizləyə bilərsiniz. Bunun sayəsində orqanizmin immun sistemi güclənər və xəstəliklərə qarşı daha dözümlü olar.

– Güclü bir anti-oksidant olduğundan xolestrol səviyyəsini aşağı salır. Bədəni ehtiyacı olan kaliumla təmin edərək ürək və damar xəstəlikləri riskini azaldır.

 

– Qidalardan alınan yağ və toksinlər qara ciyər vasitəsilə bədəndən atılır. Lakin qaraciyərin deformasiyası bu funksiyanı itirməsinə və yağla toksinlərin bədəndə yığılıb qalmasına səbəb olur. Alma suyu bu prosesin qarşısını alır və qaraciyərin sağlam qalmasına yardımçı olur.

– Uzunmüddətli aclıq və susuzluq, sağlam qidalanmamaq sümüklərin zəifləməsinə gətirib çıxarır. Bu da insanın tez yorulmasına və əzələ ağrılarına səbəb olur. Lakin alma suyunda olan C vitamini və dəmir bu vəziyyətin qarşısını alır.

– Ramazan ayında ən çox rast gəlinən problemlərdən biri də həzm sistemi problemləridir. Almanın tərkibində olan solvent turşusu sayəsində bağırsaqların florası balanslaşır. Qəbzlik və izhal kimi narahatlıqlar aradan qalxır.

Bununla yanaşı…

– Ramazan başlamadan öncə vücudun su səviyyəsini artırmaq üçün bol-bol su içilməlidir. Su içə bilməyənlər bu ehtiyacı qarpız, yemiş kimi su tərkibi yüksək olan meyvələrlə də qarşılaya bilər.

– Ramazana girmədən əvvəl hər öyündə yeməyin miqdarını azaltmaq mədənin sağlam qalması üçün faydalıdır. Beləliklə, mədənin oruc saatlarında aclıq hissetmə səviyyəsi aşağı düşər.

– Duz bədənin su depolamaq səviyyəsinə mənfi təsir göstərir. Bu səbəbdən duzun miqdarını azaltmaq tövsiyə olunur. Beləliklə, daha az susaya bilərsiniz.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir